Milli Məclisin deputatı Anar Məmmədov Vətən müharibəsi qazisi İlkin Tağıyevi müalicə aldığı xəstəxanada ziyarət edib, onun vəziyyəti və ehtiyacları ilə maraqlanıb.
“İki sahil” xəbər verir ki, xəstəxananın baş həkimi millət vəkilinə xəstənin diaqnozu və aparılan müalicə haqqında təfsilatlı məlumat verib.
Onu qeyd edək ki, Vətən müharibəsində iştirakına, vəzifə borcunu və döyüş tapşırığını uğurla yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq sərəncamı ilə Naftalan şəhər sakini, qazi İlkin Tağıyev “Laçının azad olunmasına görə” medalı ilə təltif olunub.
Deputat Anar Məmmədov sonda xəstəxananın rəhbərliyinə və bütün tibbi personala müalicə alan xəstələrə göstərdikləri yüksək xidmətə və yaradılan şəraitə görə təşəkkür edib, onlara şərəfli peşələrində daim uğur, qəhrəman qazimizə isə tezliklə sağlamlığına qovuşmasını arzulayıb.