19 oktyabr 2023 12:22
293

Ukrayna raket atəşinə tutulub, ölənlər və yaralananlar var - FOTO

Ukraynanın Zaporojye vilayətinin Rusiya ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində 5 nəfər ölüb, 5 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, raket hücumu nəticəsində zədələnmiş yaşayış binasında axtarış-xilasetmə işləri başa çatıb.