Fövqəladə Hallar Nazirliyinin Tibb xidməti Tibb mərkəzinin həkim-kardioloqu tibb xidməti mayoru, Avropa Kardiologiya Cəmiyyətinin və Beynəlxalq Gənc Kardioloqlar Akademiyasının üzvü İlahə Abdurahmanova-Ağayeva Şimali Kipr Türk Respublikasında Türk Kardioloji Dərnəyinin dəstəyi ilə təşkil olunmuş 4-cü “Kardiovaskulyar Akademiya və Beynəlxalq Gənc Kardioloqlar Akademiyası" beynəlxalq konqresində iştirak edib.
FHN-dən "İki sahil"ə verilən məlumata görə, dünyanın tanınmış kardioloqlarının iştirak etdikləri beynəlxalq kardioloji tədbirdə İ.Abdurahmanova-Ağayeva "Akut Koronar Sindromun təsnifatı və yeni universal tərifi" adlı məruzə ilə çıxış edib, Avropa Kardiologiya Cəmiyyətinin ən son təsnifatı və rəhbər tövsiyələri haqqında məlumat verib.
Üç gün davam edən beynəlxalq konqresin yekununda FHN əməkdaşı maraqlı təqdimata və iştiraka görə müvafiq sertifikat və xüsusi təşəkkürnamə ilə təltif olunub.