20 oktyabr 2023 22:01
216

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında fəallarla görüşləri davam etdirir

YAP Daşkəsən rayon təşkilatı ərazi partiya təşkilatlarında fəallarla görüşləri davam etdirir.  Bu gün tərtib olunmuş qrafikə uyğun olaraq Quşçu qəsəbə ərazi partiya təşkilatında görüş keçirildi.

“İki sahil” xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad olunmasında şəhid olmuş qəhrəman əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Görüşdə YAP Daşkəsən rayon təşkilatının sədri Meydanəli Yolçiyev iştirak etdi.Görüş dialoq formasında keçirildi. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin oktyabrın 15-də Xankəndində ölkəmizin üçrəngli Dövlət Bayrağını ucaltmasından və Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün bərpa olunmasından söhbət açıldı.

Eyni zamanda Yeni Azərbaycan Partiyasının VII qurultayından sonraki dövrdə partiyada aparılan islahatlar,görülən müsbət işlər barədə də görüş iştirakçılarına məlumat verildi.

Yekunda 3 nəfər gənc YAP sıralarına qəbul olunmaq üçün ərizəylə  müraciət etdi.