27 oktyabr 2023 15:51
508

«Azəriqaz» rəsmiləri şəhidini məzarını ziyarət ediblər FOTO

SOCAR rəhbərliyinin sosial siyasət prioritetlərindən biri də şəhid ailələrinin və qazilərin problem və qayğıları ilə maraqlanmaq və onlara hərtərəfli dəstək olmaqdır. «Azəriqaz» İstehsalat Birliyi də bu istiqamətdə davamlı olaraq geniş fəaliyyət göstərir. Belə ki, bu gün Vətən uğrunda canından keçən qəhrəmanlarımızdan birinin - Osman Manafovun şəhidlik zirvəsinə ucaldığı günün üçüncü ili tamam olur.  Bu məqsədlə Birliyin məsul şəxsləri, həmçinin Suraxanı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, şəhidin ailə üzvləri və təhsil aldığı 146 nömrəli məktəbin şagirdləri şəhidin məzarını ziyarət ediblər.

Həm 2010-cı ilin  Aprel döyüşlərində, həm də 44 günlük Vətən müharibəsində iştirak edən Osman Manafov Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub. Qeyd edək ki, şəhidin atası Natiq Manafov "Azəriqaz" İB-nin əməkdaşıdır.

Elçin Zaman, «İki sahil»