29 oktyabr 2023 14:00
397

Türkiyə Ali Təhsil Şurasının nümayəndə heyəti Azərbaycanda səfərdədir

Türkiyə Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Məlumata görə, səfərin məqsədi Azərbaycan-Türkiyə Universitetinin yaradılması üzrə danışıqların davam etdirilməsidir.

Səfər çərçivəsində qonaqlar elm və təhsil naziri Emin Əmrullayevlə birgə Quba rayonunun İqrıq kəndində yerləşən türk əsgərinin məzarını, Quba Soyqırımı Memorial Kompleksini və Azərbaycan-Türkiyə Dostluq Parkını ziyarət ediblər.