Bu gün Salyanda Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror əməliyyatı nəticəsində şəhid olan müddətdən artıq həqiqi hərbi qulluqçu Qəhrəmanov Sadiq Sakit oğlunun 40 mərasimi keçirildi. Mərasimdən öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hərtəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar. Mərasimdən sonra ehsan süfrəsi açılıb.
Ümumiyyətlə Salyan rayonunda şəhid ailələrinə, qazilərə diqqət və qayğı həmişə ön palanda olub. Elə buna görə də bu gün də Salyan RİH-in inzibati binası qazilərin və şəhid ailələrinin güvəndiyi, ürəklə qapısını açdığı dəyərli məkandır.
Elçin Zaman, «İki sahil»