Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda keçirilən antiterror tədbirlərində şəhid olan leytenant Bayramov Davud Şamil oğlunun 40 mərasimi keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdən öncə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hərtəmov, hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri şəhidin məzarını ziyarət etmiş, önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.
Mərasimdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin xatirəsi yad edilib, ruhuna dualar oxunub, ehsan süfrəsi açılıb.