Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rumıniyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Marçel Çolaku ilə görüşüb.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib.
Qeyd edilib ki, tərəflər ikitərəfli və regional gündəmdə duran məsələlərin geniş spektrini müzakirə ediblər və Azərbaycanla Rumıniya arasında strateji tərəfdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur