05 yanvar 2024 23:13
560

Azərbaycanda COP29-un keçirilməsi geniş rezonans doğurub

COP29 beynəlxalq konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar Azərbaycanın geosiyasi statusunun yüksəldiyini və Prezident İlham Əliyevin xarici siyasət strategiyasının kalibrlənməsini nümayiş etdirdi.

“İki sahil” xəbər verir ki, rezonans o qədər genişdir ki, hətta hər zaman ölkəmizi və uğurlarımızı bəyənməməsi ilə seçilən Britaniyanın “The Guardian” qəzeti də bu hadisəyə göz yuma bilməyib. Qəzet xüsusilə Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin COP29-un prezidenti təyin olunması ilə bağlı xəbərlərə münasibət bildirib və onun ətraf mühitin mühafizəsi sahəsində xidmətlərini vurğulayıb: "Muxtar Babayev üç il SOCAR-ın ekologiya üzrə vitse-prezidenti vəzifəsində çalışıb və bu müddət ərzində Azərbaycanın çirklənmiş torpaqlarının bərpası işlərinə nəzarət edib".

Jurnalistlər onu da vurğulayıblar ki, M.Babayev nazir təyin olunduqdan sonra Azərbaycan tarixində ilk ekoloji konfrans keçirib: "O, ətraf mühitin mühafizəsini bütün azərbaycanlıların “ümumi missiyası və mənəvi imperativi” adlandırıb".

“The Guardian” vurğulayıb ki, BMT də M.Babayevin təyin edilməsi qərarını yüksək qiymətləndirib: “BMT-nin İqlim Dəyişikliyi üzrə İcraçı Katibi Saymon Still bu təyinatı alqışlayıb və öz komandasını uğurlu COP29-nu həyata keçirmək üçün Muxtar Babayevlə işləməyə çağırıb.