Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi içməli sudan qanunsuz istifadənin aşkarlanması, su itkilərinin minimuma endirilməsi və israfçılığın qarşısının alınması məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən “İki sahil”in sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü ilin yanvar ayında 262 içməli sudan qeyri-qanuni istifadə faktı aşkarlanıb. Bunların 251-i əhali, 11-isə qeyri-əhali qrupları üzrə aşkarlanıb.

Bu faktların 208-i Abşeron yarımadasında, 54-ü isə regionlarda qeydə alınıb. İçməli sudan qanunsuz istifadə faktı ən çox Bakının Xəzər və Binəqədi, Sabunçu və Abşeron rayonlarında qeydə alınıb.
Agentlikdən verilən məlumata görə, aşkarlanmış faktlar üzrə 66 min kubmetr həcmində sərfiyyat bərpa edilib.
Qeyd edək ki, 2023-cü il ərzində içməli sudan qeyri-qanuni istifadə ilə bağlı 15533 fakt aşkarlanaraq qarşısı alınıb. Qurumdan verilən məlumata görə, həmin hallar üzrə 4,4 milyon kubmetr həcmində sərfiyyat hesablanıb. İl ərzində Bakıda 10481, regionlarda isə 5052 sudan qanunsuz istifadə halı aşkar edilib. 100-dən artıq fakt araşdırılması üçün hüquq-mühafizə orqanlarına təqdim olunub.
Orxan Vahidoğlu, “İki sahil”
"Aeroflot" və "Belavia" Gürcüstan, İsrail və Türkmənistana vahid bilet satışına başladı
Azərbaycanı beynəlxalq yarışlarda təmsil etmək böyük qürur və məsuliyyətdir - MÜSAHİBƏ
Yayda hansı qidalar sağlamlığımız üçün daha böyük risk yaradır? - OXUYUN XƏBƏRİNİZ OLSUN