Türkiyə 2024-cü ilin yanvar ayında Qırğızıstana xalça ixracını 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13,8 faiz azaldaraq 939,1 min dollara çatdırıb.
"İki sahil"in TurkicWorld-ə istinadən xəbərinə görə, bu barədə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
Bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 2,8 milyon dollar məbləğində xalça ixrac edib.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına xalça ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 14,6 faiz artaraq, 239,5 min dollara bərabər olub.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin xalça ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyişməyərək, 2,8 milyon dollara bərabər olub.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir