Azərbaycan Türkiyəyə hər il 0 % gömrük dərəcəsi ilə 1,5 milyon litr şərab və fermentləşdirilmiş spirtli içki ixrac edəcək.
“İki sahil” xəbər verir ki, bu, Türkiyə Böyük Millət Məclisinin (TBMM) iki ölkə arasında imzalanmış yeni Preferensial Ticarət Sazişinə əsasən qəbul etdiyi qərarda öz əksini tapıb.
Qərara əsasən, Azərbaycandan bir sıra məhsulların idxalı 10 il müddətinə gömrük rüsumundan azad edilib. Beləliklə, Türkiyə Azərbaycandan şərab, tut, heyva, dəmir-polad məmulatları və qablaşdırma materialları, Azərbaycan isə Türkiyədən mis məftil, paltaryuyan maşın, monitor, videoregistrator, avtomobil ehtiyat hissələri və alüminiumu gömrük rüsumu olmadan idxal edəcək.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir