İqtisadiyyat naziri Mikayıl Cabbarov Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyi münasibəti ilə təbrik edib.
“İki sahil” xəbər verir ki, bununla bağlı nazir özünün “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Bu gün Maliyyə Monitorinqi Xidmətinin yaradılmasının 15 illiyidir. Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə yaradılmış qurum maliyyə hüquqpozmaları ilə effektiv mübarizənin təşkilinə, şəffaf və etibarlı maliyyə sisteminin formalaşmasına, dövlətimizin iqtisadi təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfələr verir”, - deyə M.Cabbarov bildirib.
Nazir bu əlamətdar tarix münasibətilə həmkarlarına təbrikləri çatdırıb, Xidmətin fəaliyyətinə uğurlar arzulayıb.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir