Bu ilin yanvar ayında Azərbaycandakı 17 sığorta şirkətinin xətti 139,114 milyon manat sığorta haqqı toplanılıb.
"İki sahil” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 3,9 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 38,783 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,3 % çoxdur.
Ötən ay sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 27,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 26,3 manat olub.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir