27 fevral 2024 10:06
370

NYMEX əmtəə birjasında təbii qazın qiyməti yenidən azalıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

“İki sahil” xəbər verir ki, apreldə çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 1,2% azalaraq 1,736 dollar təşkil edib.