Kriptovalyutaların ən bahalısı olan Bitcoin 2 ildən artıq müddətdə ilk dəfə 57 min dollar səviyyəsini keçib.
Yeni ildən etibarən kriptovalyutalarda artım tendensiyası diqqət çəkir. Bazarlarda ən yüksək dəyərə malik olan Bitcoin bu gün 2 ildən artıq müddət ərzində ən yüksək səviyyəsinə çatıb.
Bitcoin, birjada satılan fondlar, eləcə də MicroStrategy tərəfindən edilən alışlar vasitəsilə investor tələbinin dəstəyi ilə 57.000 dollar həddini keçdi. Beləliklə, Bitcoin 2021-ci ilin dekabrından bəri ilk dəfə 57 min dollar səviyyəsini sınaqdan keçirdi.
2 günə 10 faiz qazanma

Bazarın ən böyük kriptovalyuta vahidi olan Bitcoin 57 min 73 dollara yüksəlib. Hazırda Bitcoin 56 162 dollara satılır. Bitcoin-də dəyər artımı 2 gündə 10 faizi keçib.
Orxan Vahidoğlu, "İki sahil"
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir