Orta Dəhliz (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) getdikcə daha da əhəmiyyət qazanır və məşhurlaşır.
“İki sahil” xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Nəqliyyat Siyasəti Departamentinin direktoru Sapar Bektasov Gürcüstanda keçirilən Orta Dəhlizlə bağlı regional tədbirdə deyib.
O bildirib ki, 2022-ci ilin əvvəlindən bəzi maliyyə qurumları və beynəlxalq təşkilatlar Orta Dəhlizlə bağlı müxtəlif araşdırmalar aparır: “Həmçinin Dünya Bankı da Orta Dəhlizlə bağlı hesabat hazırlayıb. Biz bu tövsiyələri daim izləyirik. Bütün nəqliyyat ictimaiyyətinin birgə rəyi ondan ibarətdir ki, daşıma müddəti daha da azaldılmalı, rəqəmsal texnologiyadan istifadə edilməli və vahid xidmət yaratmaqla sabit tariflər tətbiq olunmalıdır”.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir