2024-ci il fevral ayının 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 24 362.5 mln. manat təşkil edib.
"İki sahil" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu cari ilin yanvar ayının 1-nə olan göstərici ilə müqayisədə 1.6% çoxdur.
2023 ilin fevral ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 20.3% və ya 4 mlrd. 103.3 mln. manat artıb. Belə ki, ötən ilin fevral ayının 1-nə kredit qoyuluşlarının həcmi 20 259.2 mln. manat təşkil edib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir