"Mətanət" MMC-yə Cəbrayıl rayonundakı "Araz Vadisi İqtisadi Zonası" Sənaye Parkının rezidenti statusu verilib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, şirkət Parkın ərazisində quru inşaat qarışıqlarının istehsalı müəssisəsi yaradacaq.
“İnvestisiya dəyəri 5 milyon manat olan müəssisədə 60 daimi iş yerinin yaradılması nəzərdə tutulur", - deyə nazir qeyd edib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir