Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində türkiyəli investorlarla görüş keçirilib.
“İki sahil” xəbər verir ki, nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Naxçıvan Muxtar Respublikasında aqrar sahədəki islahatlar barədə məlumat verilib, birgə fəaliyyətin potensial imkanları haqqında fikir mübadiləsi aparılıb.
Görüşün əsas müzakirə mövzusu Naxçıvanda baramaçılığın və ipəkçiliyin inkişaf etdirilməsi olub.
Qeyd edilib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da bu sahənin inkişaf etdirilməsi əsas hədəf kimi qarşıya qoyulub. Proqramın icrasını təmin etmək məqsədilə ötən il muxtar respublikada 40 minə yaxın tut tingi əkilib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir