Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev ABŞ-in, Fransanın səsləndirdikləri birtərəfli bəyanatlarla vasitəçilik statuslarını itirdiklərini bəyan edib.
Mərkəzin sədri qeyd edib ki, 30 il ərzində Azərbaycan əraziləri işğal altında qaldı, Avropa İttifaqı (Aİ) həmin müddətdə sərhədə heç bir missiya göndərmirdi, heç bəyanat da vermirdi, indi isə Aİ sərhədə missiya göndərilib, guya ermənilər üçün təhlükə var.
“Bunlar açıq şəkildə göstərir ki, onlar Ermənistanın təcavüzkar siyasətinə faktiki razılıq verdilər. İndi guya Ermənistana təhlükə var və onun arxasında dayanıblar. Biz bu siyasəti qəbul etmirik”, - mütəxəssis qeyd edib.
F.Şəfiyev xüsusilə 2023-cü ilin ikinci yarısında Azərbaycana qarşı ABŞ, Fransa, hətta Şarl Mişelin ofisi tərəfindən qərəzli mövqe müşahidə olunduğunu vurğulayıb:
“Nəticədə onlar vasitəçilik statusunu birtərəfli bəyanatlarla itirdilər. Amma biz Qərbdən özümüzü təcrid etmirik. Sadəcə olaraq görüş yerlərini məkan kimi görürük. Məsələn, bu gün Berlində görüş keçirilir və biz bu şəhəri məkan kimi görürük. Burada söhbət Almaniyanın vasitəçiliyindən getmir. Danışıqlar bundan sonra vasitəçisiz olacaq”.
“Report”
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir