Slovakiyanın İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi Kamil Şaşko Azərbaycana səfər edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayev “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
“Slovakiyanın İqtisadiyyat Nazirliyinin birinci dövlət katibi Kamil Şaşkonun başçılıq etdiyi Slovakiya nümayəndə heyəti ilə görüşdük. Nümayəndə heyəti Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu nazirlər iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək”, - o qeyd edib.
Qeyd edək ki, martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 10-cu nazirlər iclasında və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir