Bizim bir neçə variantda inkişaf proqramımız var.
“İki sahil” xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov bu gün keçirilən “Dəyişməyən dəyərlər və dəyişən imkanlar” mövzusunda elmi-praktiki konfransda deyib.
O qeyd edib ki, gələcək planlarda Xırdalanda və digər ərazilərdə metro stansiyalarının tikintisi nəzərdə tutula bilər: Bakı şəhərinin 2040-cı ilə qədər inkişafına dair Baş planında Heydər Əliyev Beynəlxalq Aeroportuna və Xırdalan şəhərində metro xəttinin çəkilməsi yoxdur. Paytaxtın inkişafı ilə bağlı 2040-cı ilə qədərki planlar metro stansiyalarının sayının artırılmasını nəzərdə tutur, amma hava limanı və Xırdalan istiqamətində metro xəttinin çəkilməsi nəzərdə tutmur. Ola bilsin ki, həmin tarixdən sonra hər iki istiqamətə metro xətti çəkilsin."
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir