Cari ilin yanvar ayı ərzində Azərbaycanın ümumi ixracı 1,8 milyard dollar, qeyri-neft sektoru üzrə ixrac 222 milyon dollar təşkil edib. Ümumi ixrac 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz, qeyri-neft sektoru üzrə ixrac isə 22 faiz azalıb.
"İki sahil" İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadən bildirir ki, 2024-cü ilin yanvar ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,5 faiz artaraq 70,4 milyon dollara, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 151,6 milyon dollara bərabər olub.
Bitki və heyvan mənşəli piylər və yağların ixracı 31,9 faiz, meyvə-tərəvəz ixracı 21,2 faiz, alüminium və ondan hazırlanan məmulatların ixracı isə 17,4 faiz artıb.
Cari ilin yanvar ayı ərzində aqrar və aqrar-sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 10,5 faiz artaraq 74,1 milyon dollar təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı dəyər 15,4 milyon dollar olub.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir