Azərbaycan Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti ilə ölkədə həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyətini müzakirə edib.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Səudiyyə Ərəbistanı ilə ölkəmiz arasında iqtisadi əlaqələrin gücləndirilməsi və "yaşıl enerji"yə keçidin təmin edilməsi istiqamətində hədəflərimizin reallaşmasında bu ölkədən olan investorlarla işbirliyinin əhəmiyyətli rolu var. "ACWA Power" şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Abunayyan ilə görüşdə bərpaolunan enerji sahəsində birgə təşəbbüslər, Azərbaycanda həyata keçirilən külək elektrik stansiyası layihəsinin icra vəziyyəti, dəniz suyunun duzsuzlaşdırılması və digər layihələrdə potensial əməkdaşlıq imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
Xəzərdə balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və düzgün qiymətləndirilməsi məqsədilə elmi-tədqiqat ekspedisiyası keçirilir
Azərbaycanda ilk elektrikləşdirilmiş dəmir yolu xəttinin istifadəyə verilməsindən 100 il ötür