Azərbaycanın Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Avropa Külək Enerjisi Assosiasiyası "Wind Europe" arasında külək enerjisi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanacaq.
“İki sahil” xəbər verir ki, imzalanma mərasimi Bakıda keçirilən Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında baş tutacaq. İmzalanmada Azərbaycanda səfərdə olan Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson iştirak edəcək.
Qeyd edək ki, iclasda Energetika Nazirliyi ilə “Elecnor” arasında Azərbaycanda bərpa olunan enerji layihələri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumun da imzalanması nəzərdə tutulur.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir