2020-ci ildən bəri Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 26 milyard kubmetrdən çox Azərbaycan təbii qazı tədarük olunub və bunun da 10 milyard kubmetri 2023-cü ildə nəql olunub.
“İki sahil” İtaliyanın Azərbaycandakı səfirliyinin “X” sosial şəbəkəsindəki hesabına istinadən xəbər verir ki, bunu İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Frati Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasında deyib.
Nazirin sözlərinə görə, Azərbaycan qazı İtaliyanın enerji təhlükəsizliyinin təmin edilməsində və dekarbonizasiyasında strateji rol oynayır.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir