Azərbaycan və Avropa ittifadı (Aİ) "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" layihəsinə birgə maraq kəsb edən layihələr statusunun verilməsi prosesini sürətləndirəcək.
“İki sahil” xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonla təbii qaz, hidrogen və “yaşıl enerji” sahələrində əməkdaşlığımızı enerji təhlükəsizliyinin gücləndirilməsi aspektində dəyərləndirdik. Qaz və “yaşıl enerji” dəhlizlərinin inkişafı istiqamətində növbəti addımlarımızı, "Xəzər-Aİ Yaşıl Enerji Dəhlizi" layihəsinə birgə maraq kəsb edən layihələr (Project Mutual İnterest – PMI) statusunun verilməsi ilə bağlı prosesi sürətləndirməyi razılaşdırdıq”, - deyə nazir bildirib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir