Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə rəis müavini təyin edilib.
“İki sahil” xəbər verir ki, bununla bağlı Naxçıvan MR Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncam imzalayıb.
Sərəncama əsasən, Anar Vaqif oğlu İbrahimov xidmət rəisinin müavini təyin edilib, xidmətə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası ona həvalə olunub.
Digər sərəncamla Müslüm Əli oğlu Cabbarzadə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini təyin edilib, xidmətə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Müslüm Cabbarzadəyə həvalə olunub.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir