Azərbaycan bu il təqribən 48 mlrd. kubmetr qaz hasil etmək planlaşdırır, bunu da təqribən yarısı ixraca yönəldiləcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazov Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası nazirlərinin 2-ci iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cari ildə ölkədən Gürcüstan, Türkiyə və Avropa ölkələrinə təqribən 24 mlrd. kubmetr qazın ixracı nəzərdə tutulub.
Nazir onu da qeyd edib ki, bu il qazın ixracında müəyyən artım gözlənilir.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir