01 mart 2024 18:58
466

Aİ Azərbaycandan qaz nəqlində sabit artım görür

Avropa İttifaqı Azərbaycandan qaz tədarükünün davamlı artımını müşahidə edir.

“İki sahil” xəbər verir ki,  bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson Bakıda keçirdiyi brifinqdə deyib.

"Azərbaycan qazı 2020-ci ilin sonunda Aİ-yə daxil olmağa başlayandan bəri sabit artım var ki, bu da 2021-ci ilin ilkin həcmlərini təqribən 46 faiz üstələyir. Keçən il biz Azərbaycandan 11 milyard kubmetrdən çox qaz almışıq və bu göstəricilərin daha da artırılması üzərində çalışırıq", - deyə o bildirib.