Özbəkistan fermerləri Azərbaycanda heyvandarlıq və müxtəlif bitkilərin əkilməsi ilə bağlı investisiya layihələrində iştirak etməyə dəvət olunub.
"İki sahil” xəbər verir ki, bununla bağlı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun Özbəkistanın Bakıdakı səfiri Bahrom Əşrəfxanovla keçirdiyi görüşdə müzakirələr aparılıb.
Qeyd edilib ki, özbəkistanlı fermerlər mayın 15-17-də Bakıda keçiriləcək Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgilərinə dəvət olunub.
Görüş zamanı kənd təsərrüfatı sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Azərbaycan tərəfinə Özbəkistanın kənd təsərrüfatı sahəsinin inkişafı, 2030-cu ilə qədər bu ölkənin kənd təsərrüfatının inkişafı strategiyasının istiqamətləri, bu sahənin rəqəmsallaşdırılması sahəsində Azərbaycan təcrübəsinin tətbiqi istiqamətində görülən işlər, sudan səmərəli istifadə, fındıq və s. barədə məlumat verilib.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib