Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Bakı yollarında avtomobil sıxlığını azaltmaq və hərəkətin intensivliyini təmin etmək məqsədilə mütəmadi olaraq 44 küçə və prospekt üzrə “yaşıl dalğa” rejimi tətbiq edir. Bununla yanaşı, yol-nəqliyyat hadisələri baş verdikdə və nasazlıq səbəbindən yollarda qalaraq sıxlıq yaradan avtomobillərlə bağlı müvafiq tədbirlər görülür.
“İki sahil” xəbər verir ki, bu barədə Mərkəz məlumat yayıb.
Qeyd olub ki, qadağan olunan yerlərdə nəqliyyat vasitələrinin park edilməsi, bir sıra yollarda "butulka effekti"nin yaranması, texniki nasazlıq səbəbindən bəzi avtomobillərin yolda qalması, sürücülər tərəfindən manevr etmə qaydalarının pozulması, ara məsafəsinə düzgün əməl edilməməsi, yol-nəqliyyat hadisələrinin baş verməsi, eyni zamanda Bakı şəhərində nəqliyyat vasitələrinin sayının ildən-ilə artması. Bütün bu sadalanan hallar hələ də paytaxt yollarında sıxlıqların yaranmasının səbəbləri olaraq qalır. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin təhlilləri göstərir ki, yollarda sıxlıq daha çox səhər 07:30-10:00, axşam isə 17:30-19:30 saatlarında yaranır. Ancaq bəzi küçələr də var ki, həmin yollarda günün müxtəlif vaxtlarında sıxlıq müşahidə olunur.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib