Novruz bayramında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviadaşımalara tələbatın gözlənilən artımını nəzərə alaraq Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu şəhərlər arasında səyahət etməyi planlaşdıran bütün sərnişinlərə aviabiletləri öncədən əldə etməyi tövsiyə edir.
“İki sahil” xəbər verir ki, aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının və uçuşlara tələbatın artması ilə müşayiət olunur. Bununla əlaqədar olaraq aviaşirkət sərnişinlərə ən uyğun uçuş vaxtını seçmək və narahatlıqla qarşılaşmamaq üçün biletləri əvvəlcədən almağı məsləhət görür.
Zərurət yaranarsa, AZAL bayram günlərində bu marşrut üzrə uçuşların sayını artıracaq.
Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, yenilənmiş mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür.
Aviaşirkət www.azal.az saytından aviabiletlərin əldə edilməsi haqqında ətraflı məlumatı özündə əks etdirən video-təlimat hazırlayıb. Video-təlimatla bu linkdən tanış ola bilərsiniz: https://youtu.be/9PiPTkNkBSU.
Əlavə suallar yaranarsa, sərnişinlər callcenter@azal.az elektron poçt ünvanı və ya +994(55) 204 65 54 “WhatsApp” nömrəsi vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.
Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir
Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyasının gücləndirilməsi müzakirə olunub
6-cı “Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması keçirilir
Prezident İlham Əliyev: Qarabağ və Şərqi Zəngəzurda 1500 kilometrə yaxın yol tikilib