Bu ilin sonuna kimi texnoparklardan kənarda fəaliyyət göstərən xarici İKT şirkətlərin sayının 35-ə çatdırılması hədəflənir.
“İki sahil” xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnnovasiya ekosistemi departamentinin müdiri Yevgeniya Bikmurzina İRİA-nın 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında deyib.
"İndiyə qədər 200-dən çox müraciət arasında 70 hüquqi şəxs texnopark rezidentliyi üzrə qeydiyyat şəhadətnaməsi əldə edib. Qeyd edim ki, 7 xarici şirkətə sözügedən şəhadətnamələrin verilməsi üçün proses davam edir", - Н.Bikmurzina bildirib.
Qeyd edək ki, 2023-cü ildən İRİA-nın rezidentlik üçün müvafiq rezidentlik lisenziyasını verdiyi hüquqi və fiziki şəxslər aşağıdakı imtiyazlardan yararlanır:
-Sistem inteqrasiyası va (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər bir sıra vergilərdən (gəlir və mənfəət vergisi, dividend, əmlak, torpaq) azad olunurlar.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlər üçün gəlir vergisində aşağıdakı güzəştlər təqdim edilir: 8000 manatadək olduqda 0 %, 8000 manatdan çox olan məbləğin 5 %-i, 2026-cı ildən 7 il müddətinə isə gəlirin 5 %-i həcmində ödəniləcək.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən əcnəbi mütəxəssislərə iş icazəsinin alınması tələb olunmur.
- Sistem inteqrasiyası və (və ya) proqram təminatının hazırlanması və inkişafı sahəsində texnoparkdan kənar fəaliyyət göstərən rezidentlərin əməkdaşları seçimlərindən asılı olaraq 2023-cü il yanvarın 1-dən 10 il müddətində məcburi dövlət sosial sığorta haqqı minimum aylıq əməkhaqqı məbləğinin dörd misli miqdarından və ya muzdlu işdən əldə edilən gəlirlərdən ödənilir.
Mərkəzi Bank tərəfindən ödəniş sistemləri üzrə yeni xidmət haqları müəyyən edilib