11 mart 2024 11:47
345

Rəqəmsal Məcəllənin qəbul edilməsi gözlənilir

Rəqəmsal Məcəllənin qəbul edilməsi gözlənilir. Bundan başqa, Rəqəmsal İnkişaf Konsepsiyasının qəbulu gözlənilir.

“İki sahil” xəbər verir ki, bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədrinin müşaviri Şahin Əliyev 2023-cü ilin yekunları və 2024-cü ilin hədəflərinə dair mətbuat konfransında çıxışı zamanı deyib.

O bildirib ki, cari ildə Məlumat İdarəçiliyi Strategiyası, Süni İntellekt Strategiyası, EHİS əsasnaməsi, Rəqəmsal sənədlə bağlı qanunvericiliyin qəbulu gözlənilir.