12 mart 2024 10:14
359

Qızıl və gümüşün qiyməti cüzi azalıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,18% azalaraq 2 184,6 ABŞ dollarına bərabər olub.

“İki sahil” xəbər verir ki, COMEX-də gümüşün bir unsiyasının qiyməti isə 0,16% azalaraq 24,68 dollar təşkil edib.