12 mart 2024 10:59
458

Zaur Mikayılov: Bakı Su Həftəsi çərçivəsində innovativ addımlar öyrəniləcək

Bakı Su Həftəsi ("Baku Water Week") çərçivəsində Azərbaycanda ilk dəfə keçirilən Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransında bu sahədə mövcud olan problemlərin həlli istiqamətində innovativ addımlar öyrəniləcək.

“İki sahil” xəbər verir ki, bunu tədbirin açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov bildirib.

"Belə tədbirlərin keçirilməsi "yaşıl dünya" naminə atılan ən mütərəqqi addımlardandır", - deyə o qeyd edib.