Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Lvov merinin birinci müavini ilə görüşüb.
“İki sahil” xəbər verir ki, o, bu barədə “X”də yazıb.
Bildirilib ki, görüş zamanı ticarət-iqtisadi, biznes, mədəniyyət və humanitar sahələrdə ikitərəfli qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Həmçinin qarşı tərəfə Azərbaycanın Ukraynadakı humanitar təşəbbüsləri və yardımları barədə məlumat verilib.
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur