Azərbaycana təşəkkür edirik, çünki bu ölkə bizi mübarizədə ilhamlandıran tərəfdir. Azərbaycan bizim üçün həqiqi bir nümunədir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Omayra Naiselin aprelin 18-də Azərbaycan parlamentində keçirilən mətbuat konfransında səsləndirib.
O bildirib ki, bu gün Fransa dövləti öhdəliklərinə hörmət etmir, tərəfsiz olaraq qalmır. Müqəddəratımızı müəyyənləşdirmək üçün keçirilən referenduma baxış zamanı biz bunun şahidi olduq.
“Fransanın bizim ölkəmizdəki seçkiyə müdaxiləsi xalqımızın mənafeyinə uyğun deyil. Bu, bizim ölkəmizdəki demokratik mühitə və stabilliyə mənfi təsirini göstərə bilər”, - deyə O.Naiselin əlavə edib.
Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
Vüqar Rəhimzadə: Azərbaycan xalqının öz Liderinə sevgisi, inamı, etimadı sonsuzdur
Ölkəmizin coğrafi mövqeyi və mövcud infrastrukturu Aİ üçün bağlantı layihələrində cəlbedici hesab olunur