Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu "Dnata" şirkətinin iyunun 11-dən başlayaraq təşkil etdiyi və sabah başa çatacaq "Ahlan Arabia" adlı silsilə tədbirlərdə iştirak edir.
"İki sahil" agentliyə istinadən xəbər verir ki, silsilə tədbirlər Kevytin Küveyt, Qətərin Doha və Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərlərində keçirilir.
Tədbirlər çərçivəsində B2B və B2C formatlı görüşlər təşkil olunub.
İkitərəfli əlaqələrin formalaşdırılması və genişləndiriliməsi məqsədilə keçirilən görüşlərdə ölkəmizin turizm imkanları, o cümlədən Bakı və Azərbaycanın digər bölgələri, əsasən yay və qış mövsümü haqqında məlumat yerli turizm şirkətlərinə təqdim olunub.
Bundan əlavə, iştirakçılara Azərbaycanda mövcud olan sağlamlıq turizmi obyektləri və müalicəvi kurortlar, ekoturizm, qastronomiya kimi turizm məhsulları haqda məlumat verilib.
Bu ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib ki, bu da illik müqayisədə 39 %-dən çox artım deməkdir.
Saatlıda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib
Qaxda aqrar sahədə yeni Dövlət Proqramının müzakirəsi ilə bağlı regional müşavirə keçirilib