13 iyun 2024 12:30
340

Yaxın Şərq ölkələrindən Azərbaycana turist axını 39%-dən çox artıb

Bu ilin yanvar-may aylarında Yaxın Şərq ölkələrindən Azərbaycana 81 075 nəfər səfər edib.

Bu barədə "İki sahil"ə Dövlət Turizm Agentliyindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39%-dən çoxdur.

Qeyd edək ki, bu ilin beş ayında Azərbaycana 965 556 xarici vətəndaş gəlib. May ayında ölkəyə səfər edənlərin sayı 239 272 nəfər təşkil edib.