14 iyun 2024 15:51
406

Kənd təsərrüfatında məhsul istehsalı 3%-dən çox artıb

2024-cü ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3352,4 milyon manat təşkil edib ki, onun da 2569,4 milyon manatı heyvandarlıq, 783,0 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 3,1%, o cümlədən heyvandarlıq məhsulları üzrə 1,7%, bitkiçilik məhsulları üzrə 7,4% artıb.