Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarı 2024-cü il iyunun 21-də açıqlanacaq.
“İki sahil” xəbər verir ki, Mərkəzi Bank mayın 1-də uçot dərəcəsini 7,5 faizdən 7,25 faizə endirib. Faiz dəhlizinin yuxarı həddi 8,5 faizdən 8,25 faizə endirilib, aşağı həddi isə dəyişməyərək 6,25 faiz olub.
Bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin sabitləşməsi və risklər balansında dəyişikliklər nəzərə alınaraq qəbul edilib.
Mərkəzi Bankın da dediyi kimi, inflyasiya proqnozunun aşağıya doğru dəyişdiyini nəzərə alsaq, faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin aşağı salınması monetar şəraitin yumşaldılmasına yönəlib.
ADB Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üçün 350 milyon dollar kredit ayırıb
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb