Bu ilin yanvar-may aylarında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) “biletim.az” portalı üzərindən 122 991 ədəd bilet alınıb.
Bu barədə "İki sahil"ə AYNA-dan bildirilib.
Məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə çoxdur.
Qeyd edək ki, "biletim.az" portalı 2022-ci ilin dekabr ayından istifadəyə verilib. Portal Azərbaycanda şəhərlərarası və rayonlararası müntəzəm avtobus marşrutlarına onlayn bilet satışını təmin edir.
ADB Biləcəri–Yalama dəmir yolu xəttinin modernləşdirilməsi üçün 350 milyon dollar kredit ayırıb
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb