2019-cu ildən bugünədək Azərbaycanda əmək müqavilələrinin sayında ciddi artım əldə edilib və 580 mindən çox əlavə əmək müqavilələrinin imzalanması təmin edilib.
“İki sahil” xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirliyinin müavini Anar Əliyev bu gün keçirilən “Yerli şirkətlərin tanıtım sərgisi”ndə bildirib.
Onun sözlərinə görə, ölkədə əməkhaqqı fondu 2,7 dəfə artıb: “Orta aylıq əməkhaqqında 80 %-dən çox artım müşahidə edilib. Nazirlik hər il 100 minə yaxın şəxsin işə düzəlməsinə dəstək göstərir”.
Qeyd edək ki, 3 gün davam edəcək və bu il 5-ci dəfə keçiriləcək sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkət öz məhsul və xidmətlərini nümayiş etdirəcək.
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır