Cari ildə Qarabağın bərpası və yenidən qurulmasında iştirak edən şirkətlərə kreditlər güzəştli şərtlərlə verilir.
“İki sahil” xəbər verir ki, bu sözləri Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev “5-ci yerli şirkətlərin tanıtım sərgisi”nin açılışında çıxışı zamanı deyib.
O bildirib ki, güzəştli kreditin minimum məbləği 5 milyon manatdır və 7 il müddətinə 15 faizlə verilir ki, bunun da 10 faizini dövlət subsidiya şəklində ödəyir.
“Fondun əsas məqsədi sahibkarlığın inkişafına maliyyə dəstəyi göstərməkdən ibarətdir. Bu istiqamətdə həyata keçirilən işlərin nəticəsi olaraq istehsal sahələrində fəaliyyət göstərən bir sıra şirkətlər inkişaf edərək nəinki yerli, eləcə də xarici bazara çıxış əldə ediblər. Fonda daxil olan 48 şirkətin müraciətinə baxılıb və onlara 1,5 milyard manat kredit ayrılıb. Fond istehsal sahələrinin artması və xarici bazarlara Azərbaycan istehsalı olan məhsulun çıxarılması istiqamətində fəaliyyət göstərən sahibkar və şirkətlərə xüsusi diqqət verir”, - deyə Osman Xaliyev vurğulayıb. (AZƏRTAC)
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır