Azərbaycan Prezidenti İlham Əliyev "Qara və əlvan metal qırıntı və tullantıları ixracının tənzimlənməsi sahəsində əlavə tədbirlər" və “Qara və əlvan metal qırıntı və tullantıları ixracının müvəqqəti dayandırılması barədə” 17 aprel 2001-ci il tarixli Fərmanını ləğv edib.
“İki sahil” xəbər verir ki, Fərmanla Nazirlər Kabinetinə qara və əlvan metal (qiymətsiz metal) qırıntı və tullantılarının ixracına tətbiq olunan gömrük rüsumlarının artırılmasını və müəyyən edilməsi ilə bağlı 3 ay vaxt verilib.
Həmiçinin Nazirlər Kabineti ixrac gömrük rüsumlarının ödənilməsindən yayınmanın qarşısının alınması üçün metal qırıntı və tullantılarının emalı nəticəsində əldə olunan məmulatlar üzrə ixrac gömrük rüsumlarının müəyyən edilməsini və mövcud ixrac gömrük rüsumlarının optimallaşdırılmasını 4 ay müddətində təmin etməli və bu fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır