Azərbaycan Mərkəzi Bankı (AMB) Dünya Bankı ilə yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı məsələləri müzakirə edib.
"İki sahil" bu barədə AMB-yə istinadən xəbər verir.
Müzakirələr AMB-nin sədri Taleh Kazımovun Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdə aparılıb.
Görüş zamanı Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində ölkədə icra olunan və perspektivdə duran layihələr və təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Dünya Bankının Azərbaycanda həyata keçirilən islahatlara öz müsbət töhfəsini verəcək yeni Ölkə Tərəfdaşlıq Çərçivəsinin hazırlıq prosesi ilə bağlı gündəmdə olan mühüm məsələlər müzakirə olunub.
Rəqəmsal gigiyena: “Kaspersky Premium”damacOS üçün tətbiq silinməsi funksiyası əlavə olunub
Bakıda Alman–Azərbaycan Strateji Tərəfdaşlıq və Bağlantılar Konfransı işə başlayıb
Mastercard biznes göstəriciləri və süni intellekt sahəsində innovasiyalara görə qlobal liderlər sırasında
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır